Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının 5.2-ci yarımbəndinə əsasən “Azərsu” ASC çevrilmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Nəzarət Ölçü Cihazları İdarəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 002/f nömrəli 29.05.2024-cü il tarixli əmri ilə Xidmətin struktur vahidi olaraq təstiq edilmişdir.
Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ-in Nəzarət Ölçü Cihazları İdarəsi suyun sərfiyyatının dəqiq və şəffaf uçotunun təmin edilməsini, texniki şərtlərlə müəyyən olunmuş məntəqələrdə suölçən cihazların quraşdırılmasını və mövcud sayğacların müasir tələblərə cavab verən yeni avadanlıqlarla əvəzlənməsini həyata keçirir. Bu çərçivədə sayğacların möhürlənməsi, istismara qəbul olunması, sudan rasional və qənaətcil istifadə olunmasına yönəlmiş maarifləndirici fəaliyyətlərin təşkili və digər funksional proseslər də icra edir.
Az 1010, Bakı ş. Yasamal ray.1 Alatava.Müzəffər Həsənov küç. (+994 12) 433-16-01