Sumqayıt şəhərinin bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq

27 Oktyabr, 2025 | 12:24

Sumqayıt şəhərinin bəzi ərazilərini - Kotec, Kimyaçılar qəsəbələrini, Bulvar ərazisi, 26-cı məhəllə, Xəzər bağları, 7-8-12-ci məhəllənin bir hissəsi içməli su ilə təmin edən magistral xətdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 28.10.2025-ci il tarixində səhər saatlarından axşam satlarına qədər suyun verilməsində müvəqqəti fasilə yaranacaq.