Sumqayıt şəhər ərazisinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq

23 Yanvar, 2025 | 23:45

Sumqayıt şəhər ərazisinin bir hissəsini içməli su ilə qidalandıran su kəmərində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar 23 yanvar tarixində səhər saat 10:00-dan, axşam saat 17:00-a qədər Kotec, Kimyaçılar qəsəbələrinə, Bulvar ərazisi, 26-cı məhəllə, Xəzər bağları, 7-8-12-ci məhəllənin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.