“Vorovski” qəsəbəsinə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranacaq

07 Mart, 2025 | 23:47
Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə bağlı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlara, “Vorovski” qəsəbəsinə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb.
 
8 mart tarixində gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.