ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin "955 Çağrı Mərkəzi" tərəfindən 2025-ci ilin III rüb ərzində 240 446 ümumi müraciət cavablandırılıb.
Müraciətlər əsasında 78 075 iş əmri yaradılıb və aidiyyatı üzrə yönləndirilmişdir. Onlayn çat vasitəsilə 3 033 şəxsin müraciəti cavablandırılmışdır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin "955 Çağrı Mərkəzi" vətəndaşların şikayət, təklif və sorğularının operativ şəkildə qəbul edilməsi və lazımi tədbirlərin görülməsi məqsədilə fəaliyyət göstərir.
Çağrı Mərkəzi su təsərrüfatı sahəsində səmərəli idarəetmənin təmin edilməsi və vətəndaş məmnuniyyətinə nail oluması məqsədi ilə qabqacıl texnologiyalardan yararlanmaqla təşkil olunub. Mərkəzə daxil olan hər bir müraciət dərhal qiymətləndirilir və həlli istiqamətində müvafiq tədbirlər görülür. Çağrı Mərkəzi 7 gün 24 saat fasiləsiz vətəndaşlarımızın xidmətində dayanır.