ADSEA sədri Dünya Bankının nümayəndələri ilə görüş keçirib

13 Noyabr, 2025

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri cənab Zaur Mikayılov noyabrın 13-də Dünya Bankının nümayəndələri ilə görüş keçirib. 

Görüşdə Agentliyin sədrinin birinci müavini Xəyyam Məmmədov, sədrin müşaviri Əsəd Şirinov və Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad Axundzadə iştirak edib.

Dünya Bankını isə kənd təsərrüfatı və qida praktikası üzrə menecer Holger Kray, Azərbaycan üzrə ölkə meneceri Steffanie Stallmeister, baş aqrobiznes mütəxəssisi Rufiz Çıraqzadə, əməliyyatlar üzrə analitik Nigar Sadıxova və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) meneceri Patrick Alexander Avato təmsil edib.

Görüş zamanı “Rəqabətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAİS) layihəsi çərçivəsində Azərbaycanda meliorasiya və irriqasiya infrastrukturunun təkmilləşdirilməsi, həmçinin su itkilərinin minimallaşdırılması istiqamətində gələcək layihələr müzakirə edilib.

Digər