Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Tovuz rayonunda yerləşən Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Tovuz, Ağstafa, Qazax və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.