İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşlarına surdo təlimin sertifikatları verilib

24 Oktyabr, 2025

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları Psixologiya Elmi-Tədqiqat İnstitutunda təşkil olunan surdo təlimə cəlb olunublar.

Təlimin məqsədi eşitmə və nitq məhdudiyyətli vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığını təmin etmək, bu istiqamətdə əməkdaşlarda jest dili üzrə ilkin biliklər formalaşdırmaq və inklüziv xidmət mühitinin yaradılmasına dəstək olmaqdır.

Təlim proqramını uğurla başa vuran əməkdaşlar sertifikatla təltif olunublar.

Digər