İŞST sədrinin müşaviri Aydın Abbasovun 70 illik yubileyi keçirilib

31 İyul, 2025

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sədrinin müşaviri Aydın Abbasovun 70 illik yubileyi keçirilib. Yubiley tədbirini giriş sözü ilə açan ADSEA-nın sədr müavini İlham Bayramov görkəmli mühəndis A.Abbasovun əmək fəaliyyətinə qısaca nəzər salaraq bildirib ki, o, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-texnik kimi bitirib. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1993-ildən 2003-cü ilə kimi su təchizatı sahəsində işləməyə başlayıb. Bir müddət başqa sahələrdə çalışsa da yenidən 2011-ci ildən su təchizatında fəaliyyət göstərir. İ. Bayramov Aydın müəllim kimi mütəxəssislə eyni sahədə çalışmağın üstünlüklərindən söz açıb.

ADSEA sədrinin müşaviri Etibar Məmmədov da Aydın Abbasovla uzun illər bir müəssisədə çalışdıqlarını xatırladaraq onu nümunəvi şəxsiyyət, peşəkar mühəndis, sevimli iş yoldaşı adlandırıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov Xidmətin adından Fəxri Fərmanı yubilyara təqdim edib.

Sonda çıxış edən Aydın Abbasov onun üçün belə bir tədbirin təşkilində əməyi keçən hər bir şəxsə minnətdarlığını ifadə edib və 10 illərdi çalışdığı su təchizatı sahəsində qazandığı hörmətə görə bütün kollektivə təşəkkürünü bildirib.

Digər